18 Mayıs 2011 Çarşamba

Qaraciyər xəstəliklərində əsas klinik sindromlar-sarılıqlar,portal hipertenziya.Hepatorenal sindrom.Qaraciyər çatışmazlığı.Qaraciyər koması.

Sarılıqlar- sarılıq qanda və toxumalarda bilirubin miqdarının artması nəticəsində dəri və selikli qişaların sarımtıl rəngə boyanmasıdır.Həqiqi sarılıq olan xəstənin qan plazması zəif və ya tünd sarı rəngdə olur.Sarılıq tez bir zamanda 1-2 gün ərzində sürətlə sürətlə inkişaf edə bilər və ya tədricən yarana bilər.Bəzi hallarda sarılıq əzabverici dəri qaşınması ilə burundan və mədə-bağırsaq sistemindən hemmorragik qanaxmalarla müşayiət olunur.Sarılıq qaraciyərin öd yollarının və qan sisteminin xəstəlikləri zamanı,həmçinin bilirubin mübadiləsinin pozulduğu digər orqanların və sistemlərin xəsətılikləri zamanı təsadüf edilə bilir.Həqiqi sarılıq 3 səbəbdən yaranır.
I.Eritrositlərin parçalanmasının sürətlənməsi nəticəsində qanda bilirubinin miqdarının artması hesabına(hemolitik sarılıq.
II. Qaraciyər hüceyrələri tərəfindən sərbəst bilirubinin tutularaq qlükuron turşusu ilə birləşməsinin azalması hesabına(parenximatoz sarılıq)
III.Mexaniki sarılıq ödün ifrazına maneəçilik yaranan zaman əmələ gəlir.
I.Hemolitik sarılıq- zamanı retikulo-endotelial sistemdə eritrositlərin çoxlu miqdarda parçalanması baş verir ki,qaraciyər toxuması əmələ gəlmiş bilirubini mənimsəyə bilmir,nəticədə sarılıq yaranır.Bu sarılıq hemolitik anemiyaalrda B12,fol turşusu defisitli anemiyalarda,malya
riyalarda,septik endokarditdə yaranır.Dəri limonu-sarı rəngdə olur.Dəri qaşıntısı olmur.Qanda sərbəst bilirubinin miqdaır artır.Sidikdə bilirubin olmur,lakin sterkobilinogenin vı hissıvi olaraq urobilinogenin miqdarı
nın artması hesabına sidiyin rəngi tündləşir,sterkobilinogenin artması hesabına həm də nəcisin rəngi tündləşir.

II.Parenximatoz sarılıq- qaraciyər parenximasının zədələnməsi zamanı təsadüf edilir.Qan zərdabında sərbəst və birləşmiş bilirubinin miqdarı artır.Sidikdə birləşmiş bilirubin və öd turşuları tapılır və bunların miqdarı tədricən artır.Nəcisdə sterkobilinogenin ifrazı azalır.Lakin nəcis tam da rəngsizləşmir.Dəri zəfəranı sarı rəngdə olur.Dəri qaşıntısı mexaniki sarılığa nisbətən az olur.
III.Mexaniki sarılıq öd yollarının tam və hissəvi tutulması zamanı əmələ gəlir.Səbəb öd daşı xəstəliyi,mədəaltı vəzin şişləri ola bilər.Bütün bu səbəblər öd axarları daxilində öd durğunluğuna gətirib çıxara bilər.Nə-
ticədə paycıqarası öd kapillyarları genişlənir və öd qaraciyər hüceyrələrinə diffuziya edir.Distrofik proseslər yaranır.Həmçinin limfa qan dövranına öd keçir.Dəri və selikli qişalarəvvəlcə sarı,sonra isə zeytunu sarı rəngə boyanır.Qanda birləşmiş bilirubinin miqdarı çox yüksəlir.Sidikdə birləşmiş bilirubin tapılır,rəngi tündləşir və köpüklü olur.Nəcis rəngsizləşir.Dəri qaşıntısı çox olur.Xüsusən gecələr çoxalır.Bradikardiya qeyd olunur.Sinir sistmei zədələnir.Ümumi halsızlıq,tez yorulma,adinamiya,baş ağrıları,və yuxusuzluq yaranır.
Qaraciyər sirrozu zamanı məhv olmuş qaraciyər hüceyrələri  birləşdirici çapıq toxuması ilə əvəz olunur,qaraciyərdaxili damarların  daralması və ya tam obliterasiyasına səbəb olur.Nəticədə qanın axını çətinləşir,portal təzyiq qalxır.Qarın boşluğu orqanlarında qanın axını pozulur.Bu şəraitdə damar mənfəzində qarın boşluğuna plazmanın bir hissəsi keçir və assit yaranır.Assitin yaranmasında həmçinin qan plazmasının onkotik təzyiqinin azalması da böyük rol oynayır.Assitin yaranma müddəti porta-kaval anastomozlardan asılıdır.3 qrup anastomozlar var:
1)    Düz bağırsağın aşağı üçdə bir hissəsində
2)    Qida borusunun aşağı üçdə bir hissəsində
3)     Gpbək ətrafı anastomozlar-yuxarı və aşağı boş venalar arasında yaranır.
Normada qapı venasında təzyiq 70-150 mm.su.sütunu olmalıdır.
Portal hipertenziya zamanı 400-600 mm.su.sütununa qədər artır.

                  Hepatorienal sindrom- qaraciyər qan xəstəlikləri,bəzi infeksiyalar,nitoksikasiyalar,zamanı təsadüf edilir.Qaraciyər venalarının trombozu zamanı b orqanalrın hər ikisndə venoz durğunluq yaranır.Hiperspirinizm,yəni dalağın funksiyasının artması anemiya,leykopeniya,trombositepeniya ilə özünü biruzə verir.Bu da hemorragik ağırlaşmalara gətirib çıxara bilir.
Yaranma səbəbləri  ?
1.   Virus hepatiti
2.   Hepatotrop zəhərlənmələr
3.   Sirroz            
4.   Birincili və ikincili şiş törəmələri
5.   Alkoqol
Klinik əlamətləri?
1.   Zəiflik
2.   Halsızlıq
3.   Tez yorulma
4.   Iştahsızlıq
5.   Dispeptik hallar
6.   Yuxu pozğunluqları
7.   Baş ağrısı (bəzən)
8.   Həzm pozğunluqları
9.   Hemeralopiya
10.   Xeyloz
11.   Qlossit
12.   Periferik nefrit
13.   Amneziya
14.   Endokrin pozğunluqlar
15.   Kişilərdə : ginekomastiya,qoltuq altı sahədə, başda, qasıq və döş nahiyəsində tüklərin tökülməsi
16.   Qadınlarda: yumurtalıqlar,süd vəziləri atrofiyaya uğrayır,menstural tsikl pozulur
17.   Ürəkbulanma
18.   Qaraciyər ölçüsünün kiçilməsi
19.   Sarılıq
20.   Sinir-psixiki pozğunluqlar
21.   Yaddaş pozğunluğu
22.   Qıcolma
23.   Nəbz kiçik,aritmik
24.   Ağız və dəridən kəskin qaraciyər iyi gəlir