20 Mayıs 2011 Cuma

Kəskin və xroniki qastritlər.

       Mədənin selikli qişasının morfoloji və funksional dəyişiklikləri ilə  müşayiət olunan ilthabına Qastrit deyilir. Digər tərəfdən qastrit zamanı mədənin sleikaltı və əzələ qişaları da bu və ya digər dərəcədə zədələnə bilər.Xəstəliyin gedişinə görə kəskin və xroniki formaları var.
   Kəskin qastrit polietioloji xəstəlikdir.Ekzogen amillərdən mexaniki,termiki amillər,kimyəvi maddələr,infeksiya,qida intoksikasiyaları,bəzi dərman preparatları,agır metal birləşmələri,endogen amillərdən isə kəskin və xronik infeksion xəstəlikləri(qarın yatalağı,vərəm,dizenteriya və s.) Bundan başqa kəskin qastrit qaraciyər,böyrək,pankreas, sinir və endokrin sistem xəstəlikləri zamanı da müşahidə oluna bilər.
   Bəzən xəstəlik hematoloji yolla bəzən isə allergik mexanizmə malik ola bilər.
Kəskin qastritin kataral və ya sadə(səthi),korroziv və fleqmonoz tipləri ayırd edilir.
Kəskin sadə qastrit adətən qidalanma rejiminin pozulmasından,keyfiyyətsiz,qıcıqlandırıcı,xarab olmuş qidalar,çoxlu alkoqol qəbulundan,qida-toksik infeksiyaların təsirindən baş verir.Salisil turşusu törmələri,qeyri-steroid ilthab əleyhinə dərmanlar,eufillin yod,steroidlər,antibiotik-
lər,və s. nəzarətsiz qəbulundan sonra, meydana çıxa bilər.Kəskin sadə qastritin inkişafına endogen amillərdən uremiya,yanıq xəxstəliyi,qeyri-uyğun qrupdan qanın köçürülməsi,şüalanma təsirindən baş verən dəyişikliklər mühüçm rol oynaya bilər.
Əlamətləri:
1.Mədə nahiyəsində ağrılar.
2.Öyümə
3.qusma
4.hipotoniya
5.qızdırma.
6.Dilin ərplə örtülməsi
7.Ağızda turşuluq hissi
8.Dəridə avazıma
9.nəbzin tezləşməsi
10.Qanda leykositoz
11.Sidikdə proteinuriya
12.Silindriuriya
13.Pilorospazm
Müalicəsi: Əsasən yataq rejimindən,müvəqqəti aclıqdan,mədənin ilıq qəhvəyi su ilə yuylmasından ibarətdir.Xəstəliyin ikinci günündən sıfır, 1A və 1B pəhriz stoluna,daha sonra isə 2; 15-ci pəhriz stoluna keçmək olar.Ağır hallarda vena daxilinə damcı üsulu ilə 400-500 ml fizioloji məhlul,Ringer məhlulu,5%-li qlukoza yeridilir.Xəstələrə ağrıkəsicilərin,antihistaminlərinsedativ dərmanların parenteral yeridlməsi göstərişdir.
     Kəskin korroziv qastrti mədənin selikli qişasına qatı turşuların,qələvi məhlulların,kimyəvi birləşmələrin sui-qəsd məqsədilə və ya təsadüfən qəbulu nəticəsində baş verir.Bu zaman mədənin selikli qişasında  eroziv ilthab,xoralar əmələ gəlir və bu da bəzən perforasiya ilə nəticələnə bilər.Korroziv qastrti təsadüflərin əksərində mədədaxili çapıqlar və mədənin deformasiyası ilə nəticələnir.
   Xəstəliyin kliniki şəkli həmişə ağrı olur.Onun əlamətləri zərərli və ya zəhərli maddənin mədəyə düşməsilə başlanır.Epiqastral nahiyədə yandırıcı ağrı,ağız boşluğunda,udlaqda həmçinin qida borusu boyunca göynəmə ağızda aclıq,selikli-qanlə təkrari qusmalar,melena və lap ağır hallarda isə kollaps qeyd edilir.
Müalicə isə xəstənin cərrahi reanimasiya və ya toksikoloji mərkəzin intensiv terapiya şöbəsinə yerləşdirilməsi və təxirəsalinmaz stasionar yardımın göstərilməsindən ibarətdir.
Xroniki qastrit- Mədənin selikli qişasının xronik ilthabı selikli və submukoz qişalarının struktur dəyişiklikləri,mədənin sekretor,hərəki və inkretor funksiyalarının pozulması ilə müşayiət edildikdə xronik qastrit adlanır.
    Xronik qastrit əhali arasında çox geniş yayılmış xəstəliklərdən biridir.
     Ekzogen və endogen mənşəli olur.Birincisi qidalanma rejimi,qidanın keyfiyyəti və bir də peşə amilləri ilə əlaqədardır.İkincinin inkişafında  maddələrm übadiləsi pozulmaları əsas rol oynayır.Mədə sekresiyasına görə hiper-,hiposekretiv,axillik; selikli iqşanın zədələnmə dərəcəsinə görə səthi,hipertrofik,atrofik və eroziv;  lokalizasiyasına görə diffuz,antral,fundal qastritlər ayəır edilir.Xronik qastritin xüsusi formalarına rigid,qiqant-hipertorfik(Menetrye növü) və polipoz növləri ayırd edilir.
    Hazırda xronik qastritin A(autoimmun), B (bakterial) və C (kimyəvi) formaları təsnif edirlər.Xroniki qastrit tədricən inkişaf edir və getdikcə proqressivləşir.Onun gedişində kəskinləşmə və remissiya dövrləri  ayırd edilir.
  Xəstələr adətən ağrıdan və dispeptik hallardan şikayət edirlər.Epiqastral nahiydə göynəmə,yeməkdən sonra ağırlıq hissi,gəyirmə,qıcqırma,qəbizlik və s. Eroziv qastrtidə isə əlavə olaraq mdı qanaxmaları da rast gəlinir.Yanaşı olaraq qaraciyər,öd kisəsi,ödçıxarıcı yollar,pankreas,bağırsaq tərəfindən  funksional pozulmalar meydana çıxır.
Mədənin zondlanması ümumi mədə şirəsinin və turşuluğun artmasını,qastrtoskopiya eroziyaları,rentgenoloji müayinə isə hipertrofik qadstritin bəzən isə pilorospazmın olmasını aşkara çıxarır.Bu qastrti xoraönü hal sayılır.
Xəstəliyin müalicəsi isə kompleks və selektiv xarakter daşəmalıdır.Xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə göstərişdir.Birinci növbədə həyat,iş və istirahət tərzini,qidalanma rejimini qaydaya salmaq vacibdir.Xəstələrdə 1-4 saylı masa pəhrizləri,anasid preparatlar,mədə şirəsi,asidopepsin,biostimulyator və vitaminlər,müalicəvi mədən  suları və həmçinin sanatoriya müalicəsi təyin edilir.