21 Mayıs 2011 Cumartesi

Böyrək və sidikçıxarıcı yolların xəstəliklərində əsas kliniki sindromlar.Ödem.Nefrotik sindrom.Hipertonik sindrom.Böyrək eklampsiyası .Böyrək çatışmazlığı.Böyrək koması.

Ödemlərin əmələ gəlmə mexanizmləri:
Ehtimalla, az qala hər kəs - məsələn ödem problemi ilə  üzləşir.Lakin çoxu bunun vacib bir xəstəliklə əlaqəli olduğunu bilmir.
Şişlər nə vaxt və nə səbəbdən əmələ gəlir?


Şişlərin əmələ gəlməsində müxtəlif səbəbləri vardır:
1.damarlarında keçiricilik artımı;
2.qanda zülalların və elektrolitlərin azalması, beləcə osmotik təzyiq azalması və maye damarlarda saxlanmaq üzrə dayanar. Bu hal Böyrəklərin zədələnməsi üçün xarakretikdir,bu zaman zülallar sidiyin tərkibinə keçir,nəticədə qanda zülalların miqdarı azalır.Bu hal həm də zülal sintezi pozulduqda və aclıq zamanı qaraciyərdə meydana çıxa bilər.

3.Venaların klapanlarının işi pozulduqda- venoz qan lazımi sürətlə və lazımi miqdarda ürəyə doğru hərəkət edə bilmədikdə,o damarin mənfəzində yığılıb qalır,onun tərkibindəki maye damardan ətrafa çıxır.
  Ödemin bu forması əsasən aşağı ətrafların varikoz genişlənmə zamanı müşahidə edilə bilər.Çünki aşağı hissələrdən venoz qanın ürəyə doğru qalxması daha çətindir.

4.Limfatik ödem-limfanın ilthab zonasına güclü axını ilə əlaqədardır.
Bu ya limfa damarlarının zədələnməsi ya da  onların kənar edilməsi zamanı meydana çıxa bilər,nəticədə limfa dövranı pozulur(limfa dpvranı bütün toxumalarda formalaşır və əsasən hüceyrə arası mayedən ibarət olur və orqanizmi mübadilə məhsullarından təmizləyərək müdafiə funksiyası yerinə yetirir).
Travmalar,infeksiyalar və soyuqdəymə zamanı ən çox məhz limfatik ödemlərə rast gəlinir.Sellülit də məhz toxumalarda limfanın toplanması ilə əlaqədar meydana çıxır.

5.Neyrogen ödem-sinir liflərinin zədələnməsi zamanı meydana gəlir,
   Bu zaman damarlar damar divarının keçiriciliyinin artırıb azaldılması barədə zədələnmiş sinirlərdən düzgün olmayan məlumat almır.

6.Soyuqdəymə,allergiya və ya travmalar zamanı toxumalarda osmotik-aktiv maddələr toplanır,hansılar ki,damar mənfəzindən mayeni sorurlar.
Travma zamanı isə ödem nəinki zədələnmə simptomu kimi əmələ gəlir,həm də kompesator xarakter daşıyır.
    
       Maye damarladan çıxarkən,kapillyarlar və hüceyrələr arasındakı məsafəni artırır,nəticədə hüceyrələrə gələn oksigenin miqdarını azaldaraq toxumalarda mübadilə proseslərini sürətini azaldır,yerli reaksiyaların inkişafının qarşını alır,bu da nəticədə hüceyrələrin məhvinə və toxumalarn nekrozuna səbəb olur.
       Lakin uzunmüddətli ödem zamanı oksigen aclığı özü-özlüyündə
toxumalarda geridönməyən dağıdıcı proseslər əmələ gətirir.
    7.Ürək fəaliyyətinin pozulması-  qannın damarlara vurulma sürəti zəiflədikdə,toxumaalrda qan durgunlugu yaranır və plazmanın artığı damarın mənfəzindən kənara çıxır və ödem əmələ gətirir.

 
Xəstəliyinin bir nəticəsi olaraq əmələ gələn ödem

Ödemlər əmələ gəlmə mexanizmlərin əgörə fərqləndikləri kimi,onlar həmçinin lokalizasiyasına görə fərqlənirlər.

    Ödemin növünə və digər əlamətlərə görə ödemin hansı orqanın patologiyası ilə əlaqədar meydana çıxmasını müəyyən etmək olar.

1.Böyrək patalogiyaları ilə əlaqədar ödemlər-əsasən üzdə əmələ gəlir.Bu zaman dərinin rəngi solğun olur.Bir qayda olaraq bu ödemlərdə əllə basdıqda iz qalır.Bu ödemlər səhərlər əmələ gəlir və axşama kimi itir.
2.Ürək mənşəli ödemlər-ayaqlarda ağrı hissi,ağırlıq hissi,aşağı ətraf venaların şişməsi,ayaqların qızarması ilə müşayiət olunur.Bunlar gün ərzində əmələ gəlir və getdikcə artır.

3.Qaraciyərlə bağlı ödemlər-özünü qarın boşluğunda mayenin toplanması ilə (assit) göstərir və bu zaman qarının ön divarının ödemi əmələ gəlir.

4.Limfostaz-bədənin hər bir hissəsində əmələ gələ bilər,lakin ən çox ətraflarda əmələ gəlir.Digər ödemlərdən onunla fərqlənir ki,ödemi əllədikdə şişkinlik itmir.

5.Oynaqlarda ödem revmatizma və ya artritlər zamanı əmələ gələ bilər.

6.Allergik ödemlər-yerli ola bilər.Dərinin və ya selikli qişaların allergenlə kontaktı zamanı əmələ gəlir.Əgərbütün orqanizm prosesə qoşularsa onda proses generalizə olunur.Buna ən yaxşı misal Kvinke ödemidir.Bu zaman üzdə,dodaqlarda,boyunda ödem əmələ gəlir ki bu da asfiksiyaya və boğulmaya gətirib çıxara bilər.
    Allergik pdemlər səpgilərlə müşayiət oluna bilər.Allergiya zamanı histamin və serotonin ifraz olunur ki,bunlar da kapillyarların keçiriciliyini artırır və bu da ödemin əmələ gəlməsinə səbəb olur.
    Xarici ödemlərdən başqa daxili orqanıarda da ödemlər müşahidə oluna bilər.
  Ağciyər ödemi-bu daxili ödemlərin ən geniş yayılmış formasıdır.Bu zmaan həyat üçün boğulmadan ölmək riski çox yüksək olur.
     Ağciyərlərdə maye ağır ürək-damar sistemi patalogiyalarında,ağır pnevmoniyalar və bronxitlər,travmalar zamanı yığıla bilər.
Bu ödem zamanı selikli bəlgəm ifraz olunur,tənəffüs xırıltılı olur,nəfəsvermə çətinləşir.
Ödem həmişə patalogiya əlaməti olmur.O sağlam adamlarda da meydana çıxa bilər.Bunlara misal olaraq,hundur ayaqqaabı geyən qadınlarda əmələ gələbn ödemləri,çoxlu miqdarda su qəbul etdikdən sonra göz ətrafında əmələ gələn ödemləri,ağlayanda gözlərin ətrafında əmələ gələn ödemləri və s .misal göstərmək olar.
Hamiləlik zamanı əmələ gələn ödemlər-bu xüsusi bir hal olub norma və patologiya arasında aralıq mövqe tutur.Bunların əmələ gəlməsinin bir neçə mexanizmi var.Bunlar hamilə qadının orqanizmində su-duz balansının pozulması nəticəsində,genişlənən uşaqlığın divarındakı venoz damarların və limfa damarlarının sıxılması və s. əmələ gələ bilər.

Ödem zamanı nə etmək lazımdır???


Müxtəlif  mənşəli və mextəlif lokalizasiyalı ödemlər zamanı mütləq həkimə müraciət etmək lazımdır.

Ürək,böyrək və qaraciyər ödemləri zamanı sidikqovucu dərmalar effektiv təsir göstərir.

  Allergik və soyuqdəyəmə zamanı əmələ gələn ödemlərdə  antihistamin preparatları effektivdir.
Artrit və artrozlar zamanı isə  soyuqdəymə əleyhinə preparatlar daha effektiv təsir göstərir.

   Unutmaq lazim deyil ki,ödem sərbəst xəstəlik deyil və hər hansı bir xəstəliyin inkişafı zamanı əmələ gəlir və ona görə də ödemin qarşısını almaq üçün əsas xəstəliyi müalicə etmək lazımdır.