16 Mayıs 2011 Pazartesi

Öd daşı xəstəliyi(xolesistit)

Öd daşı xəstəliyi (daşlı xolesistit) geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş ştatlarında il ərzind?ə 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını aparır. öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünü qədər ola bilər. Öd daşı xəstəliyi kişilərə nisbətən qadınlarda 4-5 dəfə çox rast gəlinir. Öd daşı xəstliyi ilə bağlı ölkəmizdə il ərzində təxminən 10 min insana öd kisəsinin çıxarılması əməliyyatı icra olunur. Öd qaraciyərdə yaranır və əsas məqsədi həzm sisteminə daxil olan yağların həzmində yardımçı olmaqdır. Gün ərzində 500-600 ml öd ümumi öd axarı vasitəsilə 12 barmaq bağırsağa daşınır. Onun bir hissəsi öd kisəsində depolanır və lazım gələrsə (məsələn, yağlı yemək yeyən zamanı) öd kisəsi yığılaraq onu ümumi öd axarına ata bilir. Öd özlüyündə çoxkompenentli bir sistem olub sudan (90%) və ya əsas lipid mənşəli maddələrdən təşkil olunmuşdur (80% öd turşuları, 16% lesitin və digər fosfolipidlər, 4% xolesterin (Harrison, 2005). Bundan əlavə, ödün tərkibində az miqdarda da olsa elektrolitlər, bilirubin, proteinlər, amin turşuları, sterioidlər, vitaminlər, ağır metallar, dərman və toksinlərdə  ola bilər. Öd kolloid məhlul olsa da uzun müddət stabil və dayanıqlı vəziyyətdə qala bilir. Normal insan ödü xarici mühitdə 90-120 saat (nukleasiya müddəti) stabil vəziyyətdə qalır. Yalnız bu müddət keçdikdən sonra ödən tərkib hissələri bərkiməyə başlayır.
Ödün kolloidal stabiliyini xolesterinlə öd turşuları və fosfolipidlər arasındakı ekvivalent mütənasiblik təmin edir. Xolesterin suda həll olunmasa da öd turşuları və fosfolipidlərin köməyi ilə həll olunmuş vəziyyətdə olur. Öddə xolesterinin miqdarı artarsa və öd turşuları və fosfolipidərin miqdarı azalarasa öd kolloidal stabilliyini itirərək tez bərkiməyə meyilli olur. Öd daşı xəstəliyi olan xəstələrdə xolesterinin öddə itkisi 8%-ə qədər yüksəlir. Məhz xolesterinin öddə yüksəlməsi öd daşı xəstəliyinin yaranmasına təkan verən əsas faktorlardandır. Təsadüfi deyildir ki, öd daşlarının 80%-i xolesterin mənşəli olur.
Səbəblər və risk faktorlar?
  - Hamiləlik və qadın cinsi. Xolesterin mənşəli öd daşları qadınlarda daha çox rast gəlinir. Bu daha çox hamiləliklə əlagələndirilir. Hamiləliyin 3-cü trimesterində öddə xolesterinin miqdarı artır və hamilə qadınlarda yemək zamanı öd kisəsinin hərəkətliliyi zəifləyir (Harrison, 2005). Bununla da ödün kolloidal stabilliyi pozulur və o bərkiməyə meyilli olur. Tədqiqatlar göstərir ki, hamilə qalan qadınların 20-30%-də öd kisəsində çöküntülər əmələ gəlir. Amma hamiləlikdən sonra bu qadınların yalnız 5-12%-də öd daşı inkişaf edir. Digərlərində isəödün kolloidal stabilliyi və axıcıllığı tam bərpa olunur. Digər bir nəzəriyyəyə görə esterogenlər qaraciyərdə lipoprotein reseptorlarını stimulyasiya edir və qida ilə daxil olan xolesterinin maksimal mənimsənilməsini təmin edir. Bununla da öddə xolesterinin miqdarı artımı olur.
  - Oral kontraseptivl
ərin (hamiləliyin qarşısının alınması ödün dərman maddələrinin qəbulu) istifadəsi də xolesterin mənşəli öd daşlarının əmələ gəlmə ehtimalını artırır.
  - A
şağı kalorili qidalanma da xolesterin mənşəli daşların əmələ gəlməsinin səbəblərindən biri hesab olunur.
  - Piyl
ənmə öd daşının əmələ gəlməsinin səbəblərindən biridir. Öd turşularının miqdarı normada olsa da ödü infaz olunan xolesterinin miqdarı artmış olur.
  -
çəkinin azalması. Bu zaman toxumalarda olan xolesterin mobilizasiya olunaraq qanda, eləcə də öddə artır . Yanaşı olaraq öd turşularının  miqdarında da azalma baş verir. Xüsusilə də çəkinin birdən düşməsi öd daşlarının formalaşmasına təkan verən əsas faktorlardan biri hesab olunur. Odur ki, çəkinin atılmasının tədricən olması məsləhət götürülür və atılan çəkinin həftədə 1.5 kq-dan çox olması məqsədəuyğun deyil (Marschall, 2007).
  -
Öd kisəsinin ləng hərəkətli olması – hipomator diskineziya. Bu zaman ödün xaric olması ləngiyir və öd kisəsi daha uzun müddət qalmalı olur. Yuxarıda qeyd etdiyimiz kimi ödün stabil qalması müddəti (nukleasiya müddəti) normada 90-120 saatdır. Motilliyinin zəif olması ödün kisəsi  daha uzun müddət qalmasına səbəb olur ki, bu da xolesterinin çökmə ehtimalını artırır.  Öd kisəsinin ləngliyini uzunmüddətli parentral qidalanma (vena daxili), ac qalma, hamiləlik, Octriotid kimi dərman maddələri səbəb ola bilər.
  - Yo
ğun bağırsaq xəstəliklərində  öd turşularının geri sorula bilməməsi səbəbindən enterohepatik tənzim mexanizmi pozulur və xolesterinlə öd tuuları arasında olan müvazinət pozulur.
  - Biliar sirroz kimi qaraciy
ər xəstəliklər öd turşularının sekresiyasının azalmasına səbəb olur. Öd turşularının azalması isə xolesterinin həll olunmasında çətinliklər yaradır və onun çökməsinə gətirib çıxarır. Digər tərəfdən, sirroz, öd yollarının infeksiyaları kimi qaraciyır xəstəliklərində öddə bilirubinin miqdada artmış olur ki, bu da piqment daşlarının yaranmasına gətirib çıxarır.
  - Xroniki hemolitik anemiya piqment m
ənşəli öd daşlarının əmələ gəlməsini səbəb ola bilər.
  - CYP7A1 genind
ə deffekt öd turşularının sekresiyasının azalmasına gətirib çıxarır və bu səbəbdən də ödün kolloidal stabilliyini pozur
  - Ya
şlılıq. Yaşa dolduqca ödə xolesterin ifrazı artır və öd turşularının yaranması isə azalır.
  - MDR3 genin deffekti  n
əticəsində fosfolipid ifrazının azalması  da öz növbəsində öddə xolesterinin həll olunma qabiliyyətini pozmuş olur.

Əlamətlər
Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfi tapıntı kimi müəyyən olunur.  Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır.
  - Biliar tutmalar. Daşın kisə axarı və ya ümumi qaraciyər axarı daxilində intralaminal təzyiqi artırması və gərilmə yaratması  özündən epiqastral və sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Biliar tutmalar qəfləti başlayır və 30 dəqiqədən 5 saata qədər davam edə bilər. 5 saatdan çox davam edən biliar tutmalar kəskin xolesistin inkişafından xəbər verir. Biliar tutmalar yaşlı və ya  ifrat dərəcədə çox yeməklə təhrik edilir. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur.   
  - Ürəkbulanma və qusma bir çox hallarda biliar tutmalarla paralel müşahidə edilə bilər.
  - Bilirubin və qələvi fosfatazanın yüksəlməsi – daşın öd kisəsi ilə yanaşı ümumi öd axarında da olmasına sübhə yaradır.
  - Hərarətin yüksəlməsi kəskin xolesistit, pankreatit və ya xolangit kimi fəsadların inkişafına işarədir.
Fəsadları
  - Kəskin xolesistit – öd kisəsinin kəskin iltihabı
  - Xoledoxolitiaz –
ümumi öd axarında daşın olması
  - Sar
ılıq – daşın ümumi öd axarını obterasiya etməsi
  - Xolangit -
öd daşının ümumi öd axarını tutmasının  nəticəsində infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması 
  - K
əskin pankreatit – mədəaltı vəzinin iltihabı
  -
Öd daşı keçməzliyi – öd daşı bağırsaq keçməməzliyi törədə bilər
Müayinələr
  - Qanın ümumi analizi
  - Qanın biokimy
əvi analizi (məsələn, bilirubin və fraksiyaları, qələvi fosfataza, ALT, AST )
  - Abdominal Ultrasonoqrafiya
  - Abdominal Komputer Tomoqrafiyas?
  - Abdominal Rentgen m
üayinəsi
  - Endoskoipk Retroqrad Xolangioqrafiya (ERCP)
  - Oral xolesistoqram
  -
Öd kisəsinin radionuklid müayinəsi
  - B
əzi situasiyalarda aşağıdakı müayinələr də oluna bilər:
  - N
əcisdə yağın təyini
  - Sidikd
ə bilirubinin təyini
  - Abdominal Maqnit Rezonans Tomoqrafiyas
ı 
Müalicə 
Yuxarıda qeyd etdiyimiz kimi öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar və ya daşın olmasından təsadüfən hali olurlar. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir. Müəyyən olunmuşdur ki, asimptomatik öd daşları zamanı cərrahi əməliyyat ehtiyac yarada biləcək şikayətlərin meydana çıxma ehtimalı 1-2%-dir. Digər 20% insanlarda öd daşı yuxarıda sadalanan şikayətlər törədir. 
Hansı hallarda öd daşının müalicəsi vacibdir? Bu suala cavab axtaran zaman aşağıdakı üç faktor nəzərə alınmalıdır: (1) öd daşı insanın həyat keyfiyyətini poza biləcək dərəcədə şikayətlər yaradır, (2) öd daşının ilkin ağırlaşmalarının olması: kəskin xolesistit, pankreatit və s., (3) Öd daşının ağırlaşma törədə biləcəyini güman etməyə əsas verin faktorların olması: kalsifikasiya olunmuş öd kisəsi, daşların 3 sm-dən böyük olması kisəsində anadangəlmə anomaliyalar. 
öd daşı xəstəliyinin iki müalicə üsulu var: konservativ və cərrahi. 
Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən  istifadə edilir. öd daşının diametri 10 mm-dən kiçik olarsa xəstələrin 50%-də 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə (gündə 8-10 mg/kg dozada) effekt verir (Harrison, 2005). əgər daşın diametri 5 mm-dən kiçik olarsa bu zaman konservativ müalicənin effetivliyi 70%-dən çox olur. Öd daşının konservativ müalicəsinin daha bir üsulu ekstrakorporal (bədən xaricindən) dal?a ?oku ilə litotripsiyanın aparılmasıdır. Amma litotripsiya üçün xəstə çox ehtiyatla seçilməlidir: öd daşlarının ölçüsü 2 sm-dən kiçik olmalı, daşların sayı bir neçə olmalı və öd kisəinin yığılma qabiliyyəti normal olmalıdır.
Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla Öd kisəsinin çıxarılmasıdır (xolesistektomiya). Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya – öd daşı Xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılmasına olan göstərişlər çox daralmalıdır. 
Proqnoz 
Müalicə alanların  99%-də əlamətlər təkrar olunmur.
Profilaktika
  - Yağlı yeməklərin azaldılması
  - Hərəkətlilik
  - Piylilik zamanı tədricən arıqlama (həftədə 1,5 kg)