17 Mayıs 2011 Salı

Qaraciyər sirrozu

Sirroz qaraciyərin çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Sirrozun illkin mərhələlərində qaraciyər öz normal funksiyasını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Hətta sirrotik qaraciyərdə Hepatosellülar Xərçəng adlanan bədxassəli törəmə inkişaf edə bilir.
Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir . Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paalanması, bağırsaqlarda yağların paalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.
Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya- özünü bərpa- qabiliyyətini malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir.
Əlamətləri
Sirroz qaraciyərdə zədələnmə (çapıqlaşma) müəyyən həddə çatana qədər heç bir əlamət olmadan keçir. Sirroz zamanı aşağıdakı əlamətlər qeyd edilə bilər:
  - Yor
ğunluq, ümumi zəiflik
  - Tez-tez v
ə asan qanaxma hallar?
  - B
ədən  səthində asanlıqla yaranan qançırlar
  - Qar
ında mayenin toplanması
  - ?
İştahasızlıq
  -
Ürəkbulanma
  - Ayaqda
şişkinlik
  -
çəkinin azalması
Səbəbləri
Sirroz qaraciyərdə uzun müddət davam edən və fərqli səbəblər üzündən qaynaqlanan xroniki iltihab proses nəticəsində formalaşır. Qaraciyər hər zədələnmə (iltihab) epizodunda özünü bərpa etməyə çalışır və  nəticədə öz parenximasında çapıq toxumasının formalaşmasına səbəb olur. Zaman keçdikcə qaraciyər öz normal funksiyasını yerinə yetirməyə çətinlik çəkir. Qaraciyərdə sirrotik dəyişikliklər (çapıqlaşma) dərinləşdikcə o artıq öz normal funksiyasını yerinə yetirə bilmir və yuxarıda sadalanan əlamətlərin meydana çıxmasına səbəb olur.
El
ə bir zaman gəlir ki, qaraciyər öz fəaliyyətini tam itirir və bu zaman yeganə ümid qaraciyər köçürməsinə qalır. Amma qeyd edək ki,  qaraciyərin bu hala gəlib çatmasına qədər bir qayda olaraq uzun zaman keçir və xəstə öz qaraciyərində gedən prosesi ləngitmək  və ya tam dayandırmaq imkanlarına malik olur. Sirrozun zamanında müəyyən edilməsi üçün xəstəliyi yaradan səbəblər və risk faktorları haqqında ətraflı məlumata malik olmaq lazımdır.
Qaraciy
ərdə xroniki zədələnməni (iltihabı) yaradan aşağıdakı səbəbləri qeyd etmək olar:
  - Xroniki spirtli i
çki qəbulu
  - Hepatit B
  - Hepatit C
  - Kistal
ı Fibroz
  -
Öd yollarının destruksiyası (ibtidai bilar sirroz)
  - Qaraciy
ərdə yaşın toplanması (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi)
  -
Öd yollarının çapıqlaşması və daralması (birincili sklerozlaşdıran xolangit)
  - S
üddə olan şəkərin həzm edilə bilməməsi (qalaktozemya)
  - B
ədəndə dəmirin toplanması (hematoxromatoziz)
  - Orqanizmin immun sistemi t
ərəfindən yaranan qaraciyər xəstəliyi (avtoimmun hepatit)
  -
İnkişaf etməkdə olan ölkələrdə bəzi parazitlər (schistosomiasis)
  - Yenido
ğulmuşlarda öd yollarının qeyri-kafi formalaşması (Biliar atrezia)
  - Enerji ehtiyat
ının toplanması və lazım gəldikdə paylanması funksiyasının pozulması (Qlikogen topanması xəstəliyi)
  - Qaraciy
ərdə misin toplanması (Wilson xəstəliyi)
Ağırlaşmalar
Sirrozlu xəstələrdə bir çox ağırlaşmaların olması mümkündür:
  -
İnfeksion xəstəliklərin tezliyinin artması. Sirrozlu xəstələrin bədəni infeksiyalarla mübarizə aparmaqda çətinlik çəkir.
  - Madd
ələr mübadiləsinin pozğunluğu. Qaraciyərdə sirroz bədəndə maddələr mübadiləsinin  pozulmasına səbəb olur. Bu isə öz növbəsində ümumi zəiflik və çəkinin azalmasına gətirib çıxarır.
  - Qanda y
üksək miqdarda toksinin dövr etməsi. Qaraciyər qanda olan toksinləri çıxdaş edə bilmədiyindən bu toksinlərin bütün bədəndə xüsusilə də baş beyində problemlər yaradır. Buna hepatik ensefalopatiya da deyilir. Belə ki, insanların urunda dumanlılıq, diggətlərini toplaya bilməmək kimi xüsusiyyətlər əmələ gəlir. Zaman keçdikcə ensefalopatiya süstlük və komaya gətirib çıxara bilər.
  - Qap
ı venasında təzyiqin artması – portal hipertenziya və qida borusu venalarının varikoz genişlənməsi. Qapı venası bağırsaqlar və dalaqdan gələn venoz qanı qaraciyərə  ötürür və qan təmizləndikdən sonra qaraciyər venaları vasitəsilə aşağı boş venaya axır. Amma sirrozlu xəstələrdə venoz qan qaraciyərə daxil ola bilmədiyi üçün qa venasında toplanıb qalır və onda təzyiqi artırır. Qapı venasında toplanmış qan əlaqəli olan kiçik venalar vasitəsilə ürəyə doğru hərkət edir və bir müddətdən sonra bu venaların genişlənməsinə səbəb olur. Bunlardan ən təhlükəlisi qida borusu və mədə dibində yerləşən venalarıdır. Genişlənmiş (varikoz) qida borusu venaları çox asanlıqla partlaya və həyat üçün təhlükəli qanaxmalara səbəb ola bilir.
  - Qaraciy
ər xərçənginin formalaşma riski. Sirroz qaraciyərdə Hepatoselülar Karsinoma adlanan xərçəngin formalaşmasına gətirib çıxara bilər. Odur ki, sirrozu olan xəstələrə tez-tez ultrasonoqrafik müayinədən keçmək tövsiyyə olunur.

Müayinə planı
Həkiminiz sizə aşağıdakı müayinələrin edilməsini tövsiyyə edə bilər:
  - Qanın ümumi analizi (protrombin müddəti)
  - Qanın biokimyəvi analizi (AST, ALT, QF, ümumi zülal, bilirubin və fraksiyaları)
  - USM
  - Kompüter Tomoqrafiyası
  - MRT
  - Qaraciyər Biopsiyası
Müalicə
Sirrozun tam müalicəsi mümkün olmasa da onun dərinləşməsinin qarşısını almaq  mümkündür.
Xəstəliyin ilkin mərhələlərdə müəyyən edilməsi onun müalicəsində daha qənaətbəxş nəticələr əldə edilir.
Müalicə zamanı əsas məqsəd sirrozun yaranmasına səbəb olan faktor və ya faktorların aradan qaldırılmasıdır. Bunlara nümunə kimi, spirtli içkiyə aludəliyin və ya vrus hepatitlərinə qarşı müalicəni nümunə götürmək olar. Qaraciyərin xroniki zədələnməsinə səbəb olan bu kimi faktorların aradan qaldırılması sirrozun dərinləşməsinin qarşısını ala bilir. Məsələn, artıq ciddi ağırlamalara gətirib çıxara bilən alkoqol sirrozları zamanı alkoqol faktorunun aradan qaldırılması nəticəsində 5 illik yaşam müddəti 50%-dən çox olur.
Sirroz zamanı meyadana çıxan ağırlaşmaların da müalicəsi də diqqət mərkəzində saxlanılır. Qarın boşluğnda yığılan maye (assit) və aşağı ətraflarda yaranan şişkinliyin aradan qaldırılması məqsədi ilə diurezi sürətləndirən dərman maddələri və az duzlu pəhriz tətbiq edilir. Bəzi hallarda assitik maye kiçik cərrahi müdaxilə nəticəsində xaric edilə bilər.
Portal hipertenziyalı xəstələr daha çox diqqət mərkəzində saxlanılır. Çünki hər bir zaman həyat üçün təhlükəli olan qida borusu qanaxmalari mümkündür. Bu zaman endoskopik yolla qanaxan damarın başlanması və qanaxma əleyhinə terapevtik tədbirlərin görülməsi problemi aradan qaldıra bilir. Amma endoskopix xidmətin heç də hər yerdə olmaması üzündən qida borusu venalarının varikoz genişlənməsi olan xəstələr çox ehtiyatlı olmalı vı vəziyyətlərinin ciddiliyini diqqət mərkəzində saxlamalıdırlar. Bəzi hallarda portal venada (qapı venasında) təzyin azaldılması məqsədilə dərman maddələrindən də istifadə edilir. 
İnfeksiya ilə yoluxma hallarında həkiminiz sizə antibiotiklər təyin edə bilər. Qaraciyər xərçənginin skrininqi məqsədilə dövri olaraq ultrasəs müayinəsi və bəzi qan testləri etmək vacibdir.  Hepatik ensefalopatiya hallarında həkim bəzi dərman maddələrinin təyini ilə əlamətləri azaltmağa çalışacaq. Dərin sirrotik dəyişikliyə uğramış qaraciyərin transplantasiya yolu ilə dəyişdirilməsi yeganə çıxış yolu hesab edilir. 
Profilaktika
  - Alkoqol qəbulu azaltmaq və ya tam atmaq
  - Sağlam pəhriz
  - Sağlam içki
  - Kimyəvi preparatları ehtiyatla qəbul edin
  - Hepatit virusları ilə yoluxma riskini azaldın.