21 Mayıs 2011 Cumartesi

Kəskin və xroniki qlomerulonefritlər.

Böyrək yumaqcıqlarının bakterial və ya virus mənşəli  antigenlər təsirindən baş verən kəskin və diffuz immun ilthabına kəskin qlomerulonefrit deyilir.
   Xəstəlik klinik olaraq kəskin nefrit sindromu şəklində üzə çıxır.Beləliklə, qlomerulonefrit böyrəklərin utoimmun ilthabi xəstəliyi olub,kişilərdə daha çox rast gəlinir.
   Xəstəliyin etiologiyasında kəskin bakterial infeksiyalar(A qrupundan olan betahemolitik streptokokk,stafilokok,enterokoklar və s.) kəskin virus mənşəli xəstəliklər(hepatit,varisell,zoster,qızılça,ESNO və s),parazitar invaziyalar(toksoplazmoz,xlamidiya,trixinellyoz,şistosomoz) başlıca rol oyna-
 yırlar. Soyuqdəymə,rütubət,bəzi dərman və qida maddələrinə olan sensibilizasiya əlavə yardımçı şərait yarada bilər.
     Kəskin qlomerulonefritin patogenezində immunokompleksin böyrək yumaqcıqlarının bazal membranına çökərək zədələnmə törətməsi nəticəsində baş verən hiperergik reaksiya-immun ilthab başlıca rol oynayır.Yumaqcıq kapillayrlarının bazal membranında baş verən dəyişikliklər renin-angiotenzin-aldesteron sisteminin stimulyasiyası-damar keçiriciliyinin pozulması,hiperto
niya,proteinuriya,hematuriya və s. klinik əlamətlərin meydana çıxmasına səbəb olur.Bu zaman yumaqcıqlar diffuz şəkildə ilthabi prosesə uğrayır.Kapillyarlar proliferasiya olunmuş endotelial hüceyrələrlə obliterasiya olunmaqla yanaşı mezengial toxumada polimorf nüvəli leykositlərlə infiltrasiyaya uğrayır.
Etiologiyası və patogenezinə görə  infeksion-immun və qeyri-iunfeksion immun; morfologiyasına görə-endokapillyarlar,akstrakapillyarlar, mezangiokapillyarlar,membranoz,proliferativ və fibroplastik sklerozlaşdırıcı; klinik gedişinə görə klassik trisindrom,bisindrom,monosindrom və nefrotik formalar ayırd edilir.Xəstəliyin əsas fəsadlarına  kəskin vöyrək və ürək çatışmazlıqları ayırd edilir.
Kəskin qlomerulonefrit klinik olaraq çox vaxt keçirilmiş streptokokk infeksiyasından təqribən 3 həftə sonra klassik triada şəklində
(ödem,hipertoniya,hematuriya) kəskin başlanır və sürətlə inkişaf edir.Xəstələrdə baş ağrısı,ürəkdöyünmə,təngənəfəslik,öyümə və qusma,bel nahiyəsində ağrı kimi şikayətlər edirlər.Sidiyin rəngi ət suyuna bənzəyir və bulanıq olur.Diurez azalır və su orqanizmdə ləngiyir və boşluqlara yığılır.Xəstədə diffuz ödem(anasarka0 inkişaf edir.Xəstənin üzü şişkin və solğun olub  “nefritik üz” adlanır.
Kəskin qlomerulonefritin diaqnostikası xəstəliyin kəskin inkişafına,ödem,kardiovaskulyar,serebral və sidik sindromlarına əsaslanır.USM böyrəklərin bir qədər böyüməsini,toxumada ödümlərn olmasını,kasa-ləyən sisteminin intaktlığını göstərir.Xəstəlik ürək astması,eklampsiya,müvəqqəti korluq,ağciyər ödemi,kəskin böyrək çatışmazlığı kimi fəsadlar törədə bilər.Təsadüflərin 3-də birində isə o xroniki qlomerulonefrotə keçə bilər.Müalicə məqsədilə yaxşı olar ki,xəstələr mütləqstasionara,nefroloji şöbəyə yerləşdirilsinlər.Xəstələrə süd,süd məhsulları,bitki qidaları,duzsuz vitaminli xörəklər təyin olunur.
Eklampsiya və kəskin böyrək çatışmazlığı olarsa hemodializ göstərişdir.Vena daxilinə qlükoza,əzələ daxilinə seduksen,laziks eklampsiyanı  aradan götürür.Xəstələr stasionardan evə  yazıldıqdan sonra 1-1,5 il əzrində dispanser qeydiyyatina götürülməlidir.
XRONİKİ QLOMERULONEFRİT- böyrəklərin autoimmun mənşəli ilthabi prosesidir.Digər adı Brayt xəstəliyidir.Xəstəlik əsasən böyrək yumaqcıqlarının getdikcə sklerozlaşaraq sıradan çıxması,hipertoniya,sidik sindromu və böyrək çatışmazlığı əlamətləri ilə səciyyələnir.
Etioloji amillər sırasına bakterial,virus,parazitar,qeyri-infeksion endogen və ekzogen antogenlər aiddir.Streptokokk infeksiyası,qizilca,infeksion məxmərək,qripp,herpes,malyariya,şistosomastoz,xlamidiya,bakterial endakardit və s. hallar xəstəliyin inkiaşfına təkan verə bilər.
Xroniki qlomerulonefritin təsnifatında onun etiologiyasl,morfologiyası,klinik formaları,fazaları və böyrəyin funksional vəziyyəti nəzərə alınmışdır.(ÜST,2001)
1.Etiologiyasına görə: infeksion-immun,qeyri-infeksion immun,kollagenozlar zamanı,aklampsiyadan sonrakı,genetik,radiasiyon mənşəli.
2.Morfologiyasına görə:diffuz-proliferativ mezangioproliferativ,ekstrakapil-
lyar,endokapillyar, mezangiokapillyar,sklerozlaşdırıcı, (fibroplastik)
3.Klinik formalarına görə-latent,hipertenziv,hematurik,nefrotik,bədxassəli,qarışıq.
4.Klinik gedişinə görə Kəskinləşmə fazası,və remissiya
5.Xronik böyrək çatşmazlığı: kompensator,dekompensator-I,II,III dərəcəli
    Xəstəliyin klinik mənzərəsinə gəldikdə isə qeyd etmək lazımdır ki,o əsasən ödem,hipertonik,sidik sindromları və böyrək çatışmazlıqları ilə səciyyələnir.Bunların sırasında ən əhəmiyyətlisi sidik sindromudur:
proteinuriya,hematuriya,leykosituriya,silindruriya.
Xronik qlomerulonefritin ən çox rast gəlinən  klinik forması  latent gedişlidir.Bunnan sonra hər biri 20% tezlikdə olmaqla  hipertonik və nefrotik formalar rast gəlinir.sonuncu forma güclü proteinuriya,hipoproteinemiya və disproteinemiya,hiperxolesterinemiya ilə səciyyələnir.
Xroniki qlomerulonefrit nəticəsində nefrotik kriz,ikincili infeksiyalaşma,ürəyin sol mədəcik çatışmazlığı(ürək astması),hipovolemik şok,disseminəolunmuş damardaxili koaqulyasiya,baş beyin insultu,böyrək çatışmazlığı kimi fəsadlar törədə bilər.Xəstəliyin müalicəsi yataq rejimi,pəhrizi,patogenetik və simptomatik terapiyanı əhatə edir.Müalicəni düzgün aparmaq  üçün ayrı-ayrı sindromların və klinik variantların mövcudluğunu ,nefropatiyanın fəallığını qiymətləndirmək lazımdır.Yeməklər vitaminli,zülallı,təzə və isti olamlıdır.